Dünya Bankı Ukraynaya daha 8 milyard dollar pul ayırıb

post-img

Dünya Bankı Ukraynada həyata keçiriləcək yeni proqramlar üçün 8 milyard dollardan çox vəsait səfərbər etməyi planlaşdırır. Xarici KİV bu məbləğin Yaponiya hökumətinin zəmanəti ilə alınacağını yazır.

Ukraynanın Baş naziri Denis Şmıqal deyib ki, sözügedən vəsaitin xüsusilə kənd təsərrüfatı və sosial sahədə istifadə olunması nəzərdə tutulur. 

Baş nazir açıqlayıb ki, Dünya Bankı indiyədək Ukraynaya yardım üçün 34 milyard dollar səfərbər edib ki, bunun da 22 milyard dollardan çoxu artıq ölkə büdcəsinə daxil olub.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya