“İnter” Xuan Kuadradonu transfer edib

post-img

“Marca” nəşri yazır ki, İtaliyanın "İnter" komandası Turinin "Yuventus” klubunun sabiq yarımmüdafiəçisi Xuan Kuadradonu transfer edib.

Mənbə yazır ki, tərəflər arasında bağlanan müqavilənin müddəti 2024-cü ilin iyun ayının sonunadəkdir.

Kuadradonun “İnter”dəki maaşı bonuslar nəzərə alınmadan ildə 2 milyon avro təşki edir.

Qeyd edək ki, Kuadrado 2022-2023-cü illər mövsümündə “Yuventus”un heyətində 47 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmənin müəllifi olub.

 

 Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman