Almaniya 2,9 milyard dollar dəyərində raketlər alacaq

post-img

ABŞ Almaniyaya orta mənzilli “hava-hava” raketlərinin satışına icazə verib. “Janes” nəşri həmin raketlərin AIM-120C-8 AMRAAM olduğunu yazır.

ABŞ mətbuatı  xəbər verir ki, ABŞ Dövlət Departamenti Almaniyaya satılacaq raketlərin dəyəri 2,9 milyard dollar təşkil edəcək.  Almaniya hökuməti 969-a qədər raket, eləcə də  müvafiq avadanlıq, ehtiyat hissələri, təlim dəstəyi almaq niyyətindədir.

AMRAAM səsdən sürətli raket sistemidir və 1980-ci ilin sonunda ABŞ-da istehsal olunub.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya