“Rusiya, Çin və Hindistanın yeni valyuta yaratmaq qərarı ABŞ-ın maliyyə hegemonluğuna etirazdır”. Müvafiq bəyanatla Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor çıxış edib.
O qeyd edib ki, artıq 40-dan çox ölkə qızılla dəstəklənən yeni valyutadan istifadə etmək arzusunu bildirib. Bu qızıl Rusiya, Hindistan və Çindədir.
Duqlasın fikrincə, bu yolla üç qüdrətli ölkə Amerikanın maliyyə sisteminə qarşı üsyan qaldırıb. Makqreqor Asiya, Afrika və Cənubi Amerikada çoxlarının Rusiyaya rəğbət bəslədiyini də vurğulayıb.
Bundan əvvəl, iyunun 16-da Rusiya prezidenti Vladimir Putin bildirib ki, konkret valyutanın dünya iqtisadiyyatına təsiri bu valyutanı buraxan ölkənin iqtisadi potensialı ilə birbaşa bağlıdır. O əlavə edib ki, Birləşmiş Ştatlar "qlobal maliyyə sahəsi də daxil olmaqla, öz gücünü sarsıdır". Rusiya liderinin sözlərinə görə, Vaşinqton dollardan “silahlı mübarizə aləti kimi” istifadə edir və bununla da valyutanın etibarlılığına şübhələr yaradır.
Fevralın 28-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, dünyada de-dollarizasiya prosesi gedir.
“Xalq qəzeti”