Günəş sistemi kosmosun ən çox öyrənilən sahəsidir. Rəsmi versiyaya görə, bura 8 planet daxildir. Əslində, onlar daha çoxdur.
Burada ən azı 5 “cırtdan” planet də var. Bunlar Pluton, Ceres, Haumea, Makemake və Erisdir. Yerdən uzaq olduqlarına görə az öyrəniliblər. Üstəlik, alimlərin fikrincə, Günəş sistemində daha 2 min potensial cırtdan planet ola bilər. Bundan əlavə, bir çox astrofiziklər doqquzuncu böyük planetin varlığını qəbul edirlər. O, Neptunun ölçüsündə və Yerin kütləsindən on qat böyükdür. Alimlər hələ 2014-cü ildə sirli “X” planetinin varlığını təxmin etməyə başlamışdılar və 2016-cı ildə kompüter modelləşdirmədən istifadə edərək ilk sübutları əldə etdilər.
P.ƏFƏNDİ, “Xalq qəzeti”