Ermənistandan Rusiyaya avtomobil ixracı bir il ərzində 180 milyon dollara yüksəlib

post-img

Təkcə 2023-cü ilin yanvarında Ermənistandan Rusiya Federasiyasına avtomobil ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 200 dəfə artaraq 180 milyon dollar təşkil edib.

Bu barədə "Financial Times xəbər verir.

Nəşr qeyd edir ki, Ermənistandan Rusiya Federasiyasına anti-Rusiya sanksiyaları şəraitində işlənmiş avtomobillərin idxalı sürətlə inkişaf edən ticarət marşrutuna çevrilib. Avtomobillər əsasən Gürcüstanın Qara dəniz Poti limanından keçir. Sonra onların çoxu gömrük rəsmiləşdirilməsi üçün Ermənistana gətirilir, çünki Rusiya ilə rüsumsuz ticarət var (Aİİ çərçivəsində - red.)

FT yazır ki, 2022-ci ilin yanvarında Ermənistan ABŞ-dan 2,8 milyon dollar dəyərində işlənmiş avtomobil idxal edib, bir il sonra bu rəqəm 29,5 milyon dollara, apreldə isə 34 milyon dollara çatıb.

Nəşr qeyd edir ki, Rusiya istehlakçıları Qərbin sanksiyaları və korporasiyaların Rusiya Federasiyasından çıxması səbəbindən üçüncü ölkələrdə böyük alış edirlər. 

Qeyd olunur ki, Ermənistan üçün bu, böyük buma səbəb olub: 2022-ci ildə onun ümumi daxili məhsulu rekord 13% artıb ki, bu da əvvəlki ilin göstəricisindən iki dəfə çox olub.

Qeyd edək ki, son bir ildə Ermənistandan yalnız iki şirkət ABŞ və Aİ-nin sanksiya siyahısına salınıb.

"Xalq qəzeti"

Dünya