Türkiyə meşə yanğınlarını söndürmək üçün Rusiyadan təyyarə almaqda maraqlıdır. TASS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Təəssüf ki, meşə yanğınları ölkəmizi yenidən bürüdü. Dünən Muğla, Mersin və Çanaqqala vilayətlərində beş fərqli nöqtədə yanğınlar baş verib və onların əksəriyyəti nəzarət altına alınıb,-bunu cənab Ərdoğan Körfəz ölkələrinə səfərindən əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında bildirib. “Mən daxili işlər naziri və meşə təsərrüfatı naziri ilə danışıqlar aparmışam”.
"Hazırda bütün helikopterlərimiz və təyyarələrimiz intensiv işləməyə davam edir",-deyən Türkiyə lideri əlavə edib ki, Ankara Rusiya ilə danışıqlar aparıb, ondan yanğınsöndürən təyyarələr almağa çalışacaq.
"Xalq qəzeti"