Türkiyənin xarici işlər naziri Hakan Fidan Cakartada ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu barədə diplomatik mənbələr məlumat yayıb. Xəbəri “Anadolu” verib.
Məlumata görə, görüş Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) XİN başçılarının toplantısı çərçivəsində baş tutub.
Fidan və Blinken NATO-nun Vülnüs sammitində qəbul olunmuş qərarların yerinə yetirilməsi və Əfqanıstandakı mövcud vəziyyət ətrafında müzakirələr aparıblar.
P.ƏMİRCANOV,
“Xalq qəzeti”