ABŞ Hörmüz boğazında F-16-ların sayını artırır

post-img

ABŞ müdafiə rəsmisinin verdiyi xəbərə görə, ABŞ İranın gəmiləri ələ keçirməsinin qarşısını almaq üçün Hörmüz boğazında F-16 qırıcı təyyarələrindən istifadə edəcək.

“Associated Press” (AP) xəbər agentliyinin verdiyi məlumata görə, Vaşinqtonun bölgədəki hərbi aktivlərini artırması İranın keçən həftə boğaz yaxınlığında iki neft tankerini ələ keçirməyə cəhd etməsindən sonra baş verib.

Pentaqonun bəyanatından bu nəticəyə gəlinir ki, ABŞ Yaxın Şərqdə İran, Rusiya və Suriya arasında əməkdaşlığın artmasından narahatdır.

 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

Dünya