İyulun 14-də Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bir daha bəyan edib ki, Çin kosmosdan dinc istifadənin tərəfdarıdır və oraya silah yerləşdirməyə və ya döyüş meydanına çevirməyə, eləcə də kosmosda hər hansı formada silahlanma yarışına qəti şəkildə qarşıdır.
“Sinxua” agentliyi xəbər verir ki, Kefei ABŞ ordusunun komandirinin kosmos yarışı ilə bağlı açıqlamalarını şərh edərkən belə bir bəyanatla çıxış edib.
Tan Kefeinin sözlərinə görə, son illərdə ABŞ kosmosun militarizasiyasını sürətləndirir və kosmik silahlara nəzarətin təmin edilməsi prosesini ləngidir.
S.ELAY,
"Xalq qəzeti"