ABŞ generalı Tayvana silah tədarükünün sürətləndirilməsini zəruri hesab edib

post-img

General Mark Milli Tayvana silah tədarükünü sürətləndirməyə çağırıb.

ABŞ və müttəfiqləri yaxın illərdə Tayvana silah tədarükünü xeyli sürətləndirməlidirlər. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib ki, bu, adaya öz təhlükəsizliyini təmin etməkdə kömək etmək üçün lazımdır. 

"Reuters" agentliyi yayzır ki, müvafiq bəyanatı general Mark Milli Tokioya səfəri zamanı keçirdiyi brifinqdə deyib. O, həmçinin qeyd edib ki, Tayvanın müasir hava hücumundan müdafiə sistemləri və düşmən gəmilərini sahildən vura bilən qurğulara ehtiyacı var. 

Birləşmiş Ştatlar Tayvanın ən mühüm silah təchizatçısıdır. Pekin dəfələrlə ABŞ-ın ada administrasiyasına silah satışını dayandırmasını tələb edib və bunu Çinin öz ərazisi hesab etdiyi demokratik şəkildə idarə olunan adaya əsassız dəstək kimi qiymətləndirib.

ÇXR hakimiyyəti 2023-cü ilin iyulunda - Dövlət Departamentinin ada administrasiyasına ümumilikdə 440 milyon dollar dəyərində sursat və avadanlıq satışını təsdiqlədikdən sonra ABŞ-ın Tayvana silah tədarükünə qarşı növbəti etirazını elan bildirib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya