Rusiya Fransaya cavab verəcək

post-img

Rusiya Fransaya xəbərdarlıq edib.

“Xalq qəzeti Rusiya ”KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama yayıb.

Onun sözlərinə görə, Fransanın Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək qərarı yanlışdır: “Rusiya belə hərəkətlərə cavab verəcək”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bu gün Parisin Kiyevə uzaqmənzilli raketlər göndərəcəyini deyib.

 

"Xalq qəzeti”

Dünya