Polşa Belarusla sərhəddə hərbi qruplaşmasını gücləndirir. TASS xəbər verir ki, bu barədə cümə günü "Tvitter"də Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
“Biz Şərqi Polşada mövcudluğumuzu gücləndiririk! 12-ci mexanikləşdirilmiş briqada və 17-ci mexanikləşdirilmiş briqadadan 1000 hərbi qulluqçu və 200-ə yaxın texnika Polşanın şərqinə doğru hərəkət edəcək”, - məlumatda deyilir.
Baş Komandanlıq sürücülərə də müraciət edib. "İyulun 8-də biz şimal, mərkəzi və şərq yolları boyunca hərbi kolonnaların artan hərəkətini gözləmək olar", - Polşa Silahlı Qüvvələrinin komandanlığı bildirir.
S.ELAY,
"Xalq qəzeti"