İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.
Bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.
Ukrayna lideri Türkiyəyə türkiyəli həmkarının dəvəti ilə gəlib.
Ukrayna dövlət başçısının Türkiyəyə səfəri Vəhtəddin iqamətgahında rəsmi qarşılanma mərasimi ilə başlayıb.
Danışıqlar zamanı regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Xüsusən də prezidentlər ikitərəfli münasibətlərin vəziyyəti, Rusiya və Ukrayna arasında müharibədə son hadisələr və taxıl müqaviləsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
İkitərəfli görüşün sonunda tərəflər geniş tərkibdə danışıqları davam etdirəcəklər.
Türkiyə-Ukrayna danışıqlarının sonunda Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski birgə mətbuat konfransı keçirəcək.
S.ELAY,
"Xalq qəzeti"