Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders bildirib ki, AK Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpası üçün istifadə edilməsi imkanlarını müzakirə etməkdə davam edir.
“Kommersant” yazır ki, Reyndersin sözlərinə görə, Avropada bloklanan Rusiya aktivlərinin məbləği 207 milyard avro təşkil edir.
“Avropa Komissiyası Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən Ukraynanın bərpasını maliyyələşdirmək üçün istifadə imkanlarını müzakirə edir”, - Haaqada mətbuat konfransı zamanı Reynders bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası bu yolla hər il 3 milyard avroya qədər vəsait alacağını gözləyir.
2022-ci ilin oktyabrından Aİ Şurasının hüquq xidməti Ukraynanı bərpa etmək üçün Rusiya Bankının bloklanmış aktivlərindən istifadə etməyə imkan verəcək mexanizm hazırlayır.
"Xalq qəzeti"