"Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri Ukraynada öldürülüb

post-img

“Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov öz "Telegram" kanalında bildirib ki, xüsusi dəstənin komandiri Yevgeni Pisarenko Ukraynada öldürülüb. Bu barədə Gazeta.ru məlumat verib.

Həmçinin müharibə müxbiri Dmitri Kulko Pisarenkonun ölümü haqqında məlumat veriib. Jurnalistin sözlərinə görə, Y.Pisarenko uzun illər Stavropol diyarında OMON-da xidmət edib, polkovnik rütbəsi alıb. Müharibə başlayanda Y.Pisarenko könüllü olaraq cəbhəyə yollanıb. Hərbi komandirin ölümü ilə bağlı təfərrüatlı məlumat verilmir.

"Xalq qəzeti"

Son xəbərlər