Türkiyə səfirliyi xəbərdarlıq edib

post-img

Türkiyə səfirliyi Fransadakı həmvətənlərinə xəbərdarlıq edib. Buna səbəb Fransada müşahidə edilən zorakılıq halları və iğtişaşlar təhlükəsidir.

Türkiyə səfirlikdən bildiriblər ki, Fransada genişmiqyaslı etiraz aksiyaları və zorakılıq aktları nəzərə alaraq, Fransadakı vətəndaşlarımıza, xüsusilə də Parisə səfər edəcək vətəndaşlarımıza kütləvi aksiyaların keçirildiyi yerlərdən uzaq durmaları və yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur: "Hazırda Fransada olan Türkiyə vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur”.

Xatırladaq ki, iyunun 27-də Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Bu hadisədən sonra Fransanı etiraz dalğası bürüyüb.

"Xalq qəzeti"
 

Dünya