Milyarderin süni intellekt “kəmənd”i

post-img

“SoftBank” texnologiya və maliyyə korporasiyasının rəhbəri, milyarder Masayoşi Son süni intellekt texnologiyasından istifadə edərək “dünyanı ələ keçirmək” planlarını açıqlayıb. 

“Dünyanı biz idarə edəcəyik” – deyən yaponiyalı sahibkar etiraf edib ki, o, “ChatGPT” süni intellekt ele­mentləri olan çatbotun pərəstişkarıdır və süni intellektin yapon texnologiya şirkətinə böhran dövrünün öhdəsindən gəlməyə kömək edəcəyinə inanır.

“Mən hər gün “ChatGPT” ilə əlaqə saxlayıram. “OpenAI”nın yaradıcısı Sem Altmanla da demək olar ki, hər gün ünsiyyətdə oluram. İndi korporasi­yamız bazarda özünü “daha da aqres­siv” aparacaq”, – deyə iş adamı əlavə edib.

Yapon sahibkarın sözlərinə görə, “SoftBank” Yaponiya holdinqinə daxil olan Britaniya çip istehsalçısı “Arm”ın səhmlərinin kütləvi təklifinə hazırlaşır. 

“Arm” mobil çip bazarında üstün­lük təşkil edir və demək olar ki, hər bir smartfon çipi onun arxitekturasından istifadə edir. “SoftBank” “Arm” 10 mil­yard dollar dəyərində qiymətləndirir.

L.QURBANOVA, “Xalq qəzeti”

Dünya