Əriyin həm təzəsində, həm qurusunda faydalı vitamin və minerallar var. Mütəxəssislərin fikrincə, onun faydası olduğu kimi zərərləri də var.
Ərik B, C, E, K qrupları vitaminləri, nikotin turşusu, maqnezium, kalsium, kalium, dəmir, yod, fosfor, üzvi turşular, qlükoza, saxaroza, fruktoza, taninlər, pektin, flavonoidlər, sellüloza ilə zəngindir.
Ərik yemək bağırsaq funksiyasını yaxşılaşdırmağa kömək edir, qan damarlarının divarlarını gücləndirir, qocalmanı ləngidir, ürək üçün faydalı olan kalium çatışmazlığının qarşısını alır.
Bununla belə, əriyin bilmədiyimiz zərərləri də var. Ərik allergik reaksiyası olanlara qəti qadağandır. Onu mədə xorası, qastrit, iltihablı bağırsaq xəstəliyi (IBD), tiroid (zob) xəstəliyi, diabet, böyrək xəstəliyi, bəzi ürək xəstəlikləri olanların yeməsi orqanizmə xeyirdən çox zərər verə bilər.
Buna görə, ərik yeyərkən, öncə sağlıq problemlərinizi düşünün.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”