Bəzən halsız olur, gəzməyə, bir iş görməyə ərinirik. Bunun müxtəlif səbəbləri olsa da, əhval-ruhiyyəmizi orqanizmdə toplaşan toksinlərin pozduğunu başa düşmürük. Düşünmürük ki, bədənimizi toksinlərdən təmizləməklə əvvəlki gümrahlığımıza qovuşa bilərik. Bəs bunu necə etmək olar?
Sən demə, parazitləri toz halına gətirən bir içki ilə bədəndəki toksinlər yox olur. Mütəxəssislərin fikrincə, mədə-bağırsağın işini və həzmi normallaşdırmağa, hüceyrə səviyyəsində toksinlərdən azad olmağa kömək edən həmin içki bal şərbətidir. Orqanizmin təmizlənməsi üçün dietoloqlar ballı su içməyi məsləhət görürlər. Onu hazırlamaq üçün bir çay qaşığı bal bir stəkan çiy, amma isti suda həll edilir. Çiy suda bal klaster bağları əmələ gətirir və müalicəvi xüsusiyyətləri artırır.
Orqanizmi təmizləyən bu içki təkcə həzmi və mədə-bağırsaq traktının işini yaxşılaşdırmır, immuniteti də yüksəldir.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”