“WhatsApp”da yeni funksiya işə düşəcək

post-img

“WhatsApp” yenə də öz yenilikləri ilə bizi təəccübləndirməkdə davam edir. 

“WABetaInfo”nun xəbərinə görə, WhatsApp-ın 2.23.13.11 beta versiya­sında sınaqdan keçirilmiş funksiyası açıqlanıb. 

Bunun sayəsində istifadəçilər fərdi və qrup söhbətlərində mesajın müd­dətini təyin edə və nə qədər müddətə “pin” də qalacağına qərar verə biləcək­lər. (“Pin” whatsAppda mesajların sax­landığı xüsusi yeri göstərir). 

Sözügedən özəllik haqqında skrin­şot da paylaşılıb. Ekran görüntüsündə 3 fərqli seçim görünür: 24 saat, 7 gün və 30 gün. 

Qeyd edək ki, vaxtı keçmiş mesaj “pin”dən avtomatik silinəcək.

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya