Avropa İttifaqı Ermənistanı da sanksiya siyahısına saldı

post-img

Avropa İttifaqı Şurası iqtisadi və fərdi məhdudiyyət tədbirləri ilə bağlı 11-ci paketi qəbul edib. Tədbirlər Aİ-nin mövcud sanksiyalarının gücləndirilməsi və onlardan yan keçilməsinə qarşı yönəlib. Bu barədə şuranın saytında məlumat verilib. 

Aİ ilk dəfə üçüncü ölkələrə daxil olmuş malların Rusiyaya göndərilməsinin qarşısını almaq üçün də tədbirlər görüb.    

Sanksiya siyahısına Rusiyanın müdafiə sənayesi kompleksinə kömək edən 87 şirkət daxil edilib. Onların arasında Ermənistan, Çin, BƏƏ, Suriya vı Özbəkiustan şirkətləri də var. 

Eyni zamanda, Almaniya və Polşaya təqdim edilmiş Rusiyadan “Drujba” neft kəmərinin şimal hissəsi vasitəsilə xam neft alışı ilə bağlı möhlətin başa çatdığı bildirilib. 

"Xalq qəzeti”

Dünya