Ukraynada yerli PUA-nın ilk sınağı uğurlu olub

post-img

Ukraynanın “Ukroboronprom” şirkəti yerli pilotsuz uçuş aparatının (PUA) sınağını keçirib. Sınaq uçuşunun uğurla baş tutduğu bildirilir. 

“Ukroboronprom” şirkətinin mətbuat katibi Nataliya Sad TASS-a açıqlayıb ki, PUA min kilometr məsafə qət edib.

Ukraynanın xəbər agentliklərinin yaydığı məlumatlarda qeyd olunur ki, 2022-ci ilin avqustundan “Ukroboronprom” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilə birlikdə hərbi pilotsuz sistemlərin inkişafı proqramını hazırlayıb. Sınaq uçuşu keçirilən PUA da həmin proqramın bir hissəsidir. 

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya