Danimarka hökuməti 2023-2028-ci illərdə Ukraynaya hərbi dəstəyi artırmaq niyyətindədir. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat üçün məlumatında deyilir.
Belə ki, Danimarkanın ayıracağı hərbi yardımın dəyəri 3,1 milyard dollar təşkil edəcək.
Qeyd olunub ki, hərbi yardım silah, digər hərbi texnika, fövqəladə hallar üçün avadanlıq və təlim fəaliyyətləri şəklində birbaşa dəstək kimi davam edəcək.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"