Ukrayna Rusiya ordusunun itkiləri haqda məlumat yayıb

post-img

Ukrayna Baş Qərargahı Rusiya ordusunun itkiləri haqda məlumat yayıb. 

Məlumata əsasən, Rusiyanın müharibə başlayandan indiyə kimi 216 180 hərbçisi öldürülüb. 

Hərbi texnika baxımından isə Rusiyanın 3931 ədəd tankı, 7636 ədəd zirehli döyüş maşını, 3746 ədəd artilleriya sistemi, 601 ədəd reaktiv yaylım atəş sistemi, 362 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6471 ədəd avtomobil texnikası, 3307 ədəd pilotsuz uçuş aparatı, 1187 ədəd qanadlı raketi, 18 ədəd gəmi-qayıq və 510 ədəd xüsusi avadanlığı sıradan çıxıb. 

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya