Boris Conson parlamentdən istefa verib

post-img

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, COVID-19 dövründə baş nazirin ofisində keçirilən partiyalarla bağlı xəbərin üzə çıxmasından sonra parlamentdəki vəzifəsindən istefa verib.

O, qərarını koronavirusla bağlı məhdudiy­yətləri pozduğuna əsaslanaraq aparılan istin­taq hesabatı açıqlanmazdan əvvəl açıqlayıb.

Conson verdiyi yazılı açıqlamada istefa­ya məcbur edildiyini iddia edib və buna görə istintaq komitəsini günahlandırıb: “Mən iddia­larını təsdiq edəcək heç bir dəlil olmadan və hətta Mühafizəkarlar Partiyasının üzvlərinin və geniş elektoratın da razılığı olmadan bir ovuc şəxs tərəfindən vəzifəmdən kənarlaşdırılıram. Mən antidemokratik şəkildə parlamenti tərk etmək məcburiyyətində qaldığım üçün şok və dəhşətə gəlirəm”.

“Xalq qəzeti”

Dünya