Kanadanın Baş naziri Kiyevə səfər edib

post-img

Kanadanın Baş naziri Castin Trüdo Kiyevə gözlənilməyən səfər edib. CBC telekompaniyası xəbər verir ki, Castin Trüdo Ukraynaya maliyyə naziri Xristia Frilandla birlikdə gəlib.

“The Globe and Mail” qəzetinin məlumatına görə, Baş nazir birgünlük səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Danışıqların Ottavanın Kiyevə dəstəyinə, həmçinin Ukraynanın bərpasında Kanadanın potensial roluna həsr olunacağı gözlənilir.

Bu, Ukraynada müharibənin başlandığı dövrdən bəri Castin Trüdonun Kiyevə ikinci səfəridir. Bundan öncəki səfər 2022-ci ilin mayında baş tutmuşdu.

“Xalq qəzeti”

Dünya