Aşqabadda türkmən-macar danışıqları

post-img

Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və ölkəyə rəsmi səfərə gəlmiş Macarıstanın Baş naziri Viktor Orban arasında danışıq olub. Məlumatı “Türkmənistan bu gün” xəbər agentliyinə istinadən “Anadolu”  verib. 

Məhdud formatda və hökumət üzvlərinin də iştirakı ilə geniştərkibli görüş zamanı Berdiməhəmmədov və Orban türkmən-macar əməkdaşlığnın qarşılıqlı maraq doğuran sahələri ilə bağlı məsələləri müzakirə ediblər.

Aparılmış danışıqlar nəticəsində əməkdaşlığa dair səkkiz sənəd imzalanıb. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya