NATO-nun Vilnüs sammitində Ukrayna alyansa üzvlük üçün alqoritm alacaq

post-img

Vilnüs sammitində NATO-ya üzv ölkələr Ukraynaya Şimali Atlantika Alyansına qoşulma alqoritmini təqdim edəcəklər.

"RBK-Ukrayna" informasiya agentliyi Müdafiə Nazirliyinin "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə nazirin müavini Vladimir Qavrilov deyib.

Nazir müavininin sözlərinə görə, konsensuslu qərar qəbuletmə mexanizminə və veto hüququna baxmayaraq, o, şübhə edir ki, Ukrayna ilə bağlı qərar böyük problem olacaq: “Bütün əlamətlər var ki, Ukrayna müəyyən formatda istədiyini əldə edəcək... Onsuz da Vilnüsdə keçirilən sammitdə Ukrayna aydın başa düşməlidir ki, müharibədən sonra, məsələn, bir-iki il ərzində, müəyyən prosedurlardan sonra biz NATO-nun üzvü olacağıq".

Vilnüs sammitinin iyulun 11-12-də keçirilməsi planlaşdırılır. Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, Kiyev Alyansa dəqiq “qoşulmaq qrafiki” almağa ümid edir.

 

S.Elay,

"Xalq qəzeti"

Dünya