Fransada pensiya islahatı: ölkə yenidən çalxalana bilər

post-img

Fransada pensiya islahatlarına qarşı tətil və nümayişlər yenidən başlanıb. İyunun 6-na elan edilmiş etiraz nümayişinin ölkə həyatını yenidən iflic edəcəyi gözlənilir.

Mülki Aviasiya Baş İdarəsi bir çox uçuşların ləğv ediləcəyini bildirib. Pa­ris-Orli hava limanında iyunun 6-na nəzərdə tutulan hər üç uçuşdan biri ləğv edilib. Həmçinin Lion, Marsel, Nit­sa, Tuluz, Bordo, Nant şəhərlərində uçuşların ləğv edilməsinin böyük na­rahatlıq yaradacağı qeyd edilir. Bildirilir ki, uçuşlar dispetçerlərin pensiya isla­hatlarına qarşı tətilə qatıldıqları üçün ləğv olunub.

Fransada 8 həmkarlar ittifaqı və 5 gənclər təşkilatı iyunun 6-da ölkədə ümumi etiraz nümayişinə çağırış edib. Yeni ümumi etiraz nümayişi Liot qrupu­nun təqdim etdiyi və hökumətin və pre­zident çoxluğunun konstitusiyaya zidd hesab etdiyi islahatın ləğvini nəzərdə tutan qanun layihəsinin parlamentdə baxılmasından iki gün əvvəl keçirilə­cək.

“Xalq qəzeti”

Dünya