Yeddi yüz NATO hərbçisi Kosovaya daxil olub

post-img

Kosovanın şimalında baş verən toqquşmalardan sonra NATO sülhməramlıların sayını artırmaq qərarı verib. Həmçinin, NATO-nun 700 hərbçisi artıq Kosovaya daxil olub. 

Alyansın Baş katibi Yens Stoltenberq bildirib ki, Kosovaya NATO hərbçilərinin göndərilməsi regionda münaqişənin sülh yolu ilə həllindən imtina demək deyil.

Alyansın Baş katibi onu da deyib ki, NATO Avropa İttifaqının himayəsi altında danışıqları tam dəstəkləyir.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya