Fransada “Tvitter” qadağan oluna bilər

post-img

Fransanın rəqəmsallaşma və telekommunikasiya naziri Jan-Noel Barrot bildirib ki, “Tvitter” Fransa qanunvericiliyinə əməl etməsə, ölkədə qadağan oluna bilər.

Fransalı nazir bunu “Tvitter” sosial şəbəkəsinin dezinformasiya yayaraq, Fransa demokratiyasına təsir göstərməsi ilə izah edib. 

“Tvitter”də göy fərqlənmə nişanının ödənişli olması da Fransada yaxşı qarşılanmayıb. Bildirilir ki, bu nişanı istifadəçilər özləri qazanmalıdırlar.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya