Ukraynadan İrana 50 il müddətinə sanksiya

post-img

Ukrayna İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqini təsdiqləyib. Bununla bağlı qərarı Ukrayna Ali Radasının 328 deputatı dəstəkləyib. 

Qeyd edək ki, İran Rusiyanı pilotsuz uçuş aparatları və silahlarla təmin edir. Bu, Ukrayna ilə yanaşı, bir sıra ölkələrin kəşfiyyat orqanları tərəfindən öz təsdiqini tapıb. Həmçinin, Ukraynaya səmasında İranın istehsal etdiyi pilotsuz təyyarələrə rast gəlmək adi hala çevrilib.

Bütün bunları nəzərə alan Ukrayna Prezidenti Volodimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış etmişdi.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya