Ukraynanın Xarici İşlər Nazirliyinin məlumatında bu ölkənin NATO-nun kibertəhlükəsizlik mərkəzinə qoşulmasını təsdiq edən məlumat yer alıb.
Məlumatda qeyd olunub ki, mərkəzin Estoniyanın paytaxtı Tallindəki qərargahında Ukrayna bayrağı dalğalandırılıb.
Ukrayna XİN bunu Ukraynanın Alyansa üzvlüyü istiqamətində növbəti addım kimi qiymətləndirib.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”