Türkiyə şirkəti 20 km mənzilli yeni raket hazırlayır

post-img

Qardaş Türkiyənin “Roketsan” şirkəti “Atak-2” hücum helikopteri üçün 20 km mənzilli yeni raket hazırlayır. Bu məlumatı Türkiyənin TUSAŞ şirkətinin baş direktoru Temel Kotil bildirib.

Temel Kotil qeyd edib ki, “Atak” helikopteri əvvəl 8 km-dən nişan aldığı üçün düşmənə yaxınlaşmaq məcburiyyətində idi.

Bildirilib ki, şirkət “Atak-2” helikopterini 2025-ci ildə Türkiyə Quru Qoşunlarına təhvil verəcək.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya