Türkiyənin yeni ballistik raketinin görüntüləri yayılıb

post-img

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir yeni “Cenk” ballistik raketinin görüntülərini paylaşıb. Bu raket ölkənin yerli “Roketsan” şirkəti tərəfindən hazırlanıb.

İsmayıl Dəmirin paylaşdığı videoda “Cenk”in “Bora” və “Tayfun”dan böyük və ön tərəfində qanadcıqlarının olması diqqət çəkir. 

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Cenk” barədə bəhs etmişdi.

 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

Dünya