ABŞ Yaxın Şərqə qanadlı raketləri olan sualtı qayıq göndərib

post-img

ABŞ-ın "Florida" nüvə sualtı qayığı Yaxın Şərq bölgəsində keşik çəkir. Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin sözçüsü Timoti Hokins “Reuters” agentliyinə bildirib ki, ABŞ “sabitliyi və regional təhlükəsizliyi təşviq etmək üçün” Bəhreyndə yerləşən donanmasını gücləndirir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki nümayəndəsi sualtı qayığın missiyası ilə bağlı şərh verməkdən imtina edib.

“Bloomberg”in məlumatına görə, sualtı qayıq aprelin 6-da Qırmızı dənizdə Süveyş kanalından keçərək bölgəyə gəlib. ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının agentliyə istinadla verdiyi məlumata görə, USS Florida 154-ə qədər “Tomahawk” qanadlı raket daşıya bilən nüvə mühərrikli gəmidir.

“Xalq qəzeti”

Dünya