NATO-nun saytları haker hücumuna məruz qalıb

post-img

Bazar günü NATO-nun internet saytları, o cümlədən Alyansın Xüsusi Əməliyyat Qüvvələrinin Qərargahının portalı haker hücumuna məruz qalıb.

Trend xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsinə istinadən "DPA" agentliyi məlumat verib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik üzrə ekspertlər NATO-nun "bir neçə internet saytına" təsir edən insidenti fəal şəkildə araşdırırlar.

Alyansdan başqa heç bir təfərrüat verilməyib, yalnız qeyd edilib ki, daim haker təhdidləri ilə üzləşirlər və kiberməkanda təhlükəsizliyin təmin edilməsi məsələsinə "çox ciddi" yanaşırlar.

Dünya