Şəmkirdə kəhrizlər müasir üsulla bərpa olunur

post-img

         Rayonun İrmaşlı kəndində kəhrizlərdən artıq 14-ü yeni texnoloji metodlar tətbiq edilməklə bərpa olunub.  

         İş icraçıları “kəhrizlər hansı üsulla bərpa olunur?” sualına cavab verərək bildiriblər ki, bütövlükdə layihə çərçivəsində İrmaşlı kəndi ərazisində 24 kəhrizin bərpası nəzərdə tutulub ki, onun da artıq bir neçəsi hazırdır. Əvvəlcə quyular arasında üfiqi qazma işləri aparılır. Sonra isə həmin tunellər genişləndirilir və quyulararası borular çəkilir. Müasir avadanlıqlar vasitəsilə tunellərin qazılması həm asanlaşır, həm də daha qısa müddətdə həyata keçirilir.

         Qeyd edək ki, layihənin əsas məqsədi kəhrizlər olan ərazilərdə yaşayanların suvarma suyu ilə təmin edilməsi, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsidir.

         Bu günlərdə rayon rəhbərliyi İrmaşlı kəndində görülən işlərlə yerində tanış olub, çətinliklərlə maraqlanıb, öz tövsiyəsini verib.

 

                   Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri







Sosial həyat