Dörd ay ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında proqnoza nisbətdə 7,7 faiz artım qeydə alınıb

post-img

Cari ilin 4 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında proqnoza nisbətdə 116,3 milyon manat və ya 7,7 faiz artım qeydə alınıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, büdcə təşkilatları üzrə daxilolmalarda ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,3 milyon manat və ya 8,8 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 129,4 milyon manat və ya 14,2 faiz artım müşahidə olunub.

Sosial həyat