Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 25-ci görüşünü keçirib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Görüşün gündəliyinə uyğun olaraq, əvvəlcə martın 2-8-də təşkil edilmiş “İdman həftəsi”nin hesabatı təqdim edilib, 2026-cı ildə “İdman Paytaxtı” Qazax şəhərində keçiriləcək yarışlar haqqında məlumat verilib. Həmçinin “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq prosesi müzakirə edilib.
"İdmançılarda performansın artırılması və zədələrin qarşısının alınmasında biomexanik analizin rolu" və "İdmançıların təsnifatlaşdırılması" barədə təqdimatlar dinlənilib, eləcə də "2025-ci il ərzində regionlarda görülən işlərlə bağlı" hesabat təqdim edilib.
Qabil YUSİFOĞLU
XQ

