2 soydaşımız Gürcüstan çempionu olub

post-img

Gürcüstanda yaşayan azərbaycanlı yeniyetmə Ramil Mahmudov boks üzrə ölkə çempionu olub. 52 kq çəki dərəcəsində mübarizə aparan Ramil həlledici qarşılaşmada İliya Sanikidze üzərində qələbə qazanaraq çempionluq tituluna yiyələnib.

Qeyd edək ki, Rustavi şəhərinin təmsilçisi, 46 kq çəki dərəcəsində çıxış edən Cəsur Qəhrəmanov da final görüşündə erməni rəqibi Nodar Oqancanyanı məğlub edərək ölkə çempionu olub.

Beləliklə, hər iki idmançı 15 yaşadək boksçular arasında keçirilən Gürcüstan çempionatında uğurla çıxış edərək qızıl medal əldə ediblər.

Yeniyetmə və gənc boksçuların əldə etdiyi bu nəticə Gürcüstanın azərbaycanlı icması daxilində idmana olan marağın və peşəkar inkişafın bariz göstəricisidir. Sözügedən qələbə bölgədəki soydaşlarımızın ümumi idman hərəkatına verdiyi sistemli töhfələrin tərkib hissəsi olmaqla yanaşı, gələcək nəsillər üçün stimulverici nümunə rolunu oynayır.

XQ

İdman