Qazaxıstanda seçicilərin 87 faizdən çoxu yeni Konstitusiyanın qəbul edilməsini dəstəkləyib. Bu, martın 17-də elan edilib.
RİA Novosti agentliyinin verdiyi məlumata görə, respublikanın Mərkəzi Referendum Komissiyasının (MRK) sədri Nurlan Abdirov bildirib ki, “referenduma çıxarılan məsələ ilə bağlı müsbət qərara səs verən vətəndaşların sayı 7.954.667 nəfər və ya 87,15 faiz təşkil edib”.
Səsvermədə ümumilikdə 9.127.192 nəfərin iştirak etdiyi dəqiqləşdirilib. Əvvəlcə seçici siyahılarına 12.482.613 nəfər daxil edilib.
“Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş “Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?” sualı ilə bağlı referendum keçərli hesab ediləcək. Ümumxalq referendumuna təqdim edilən yeni Konstitusiya qəbul olunmuş hesab edilir”, - deyə Abdirov bildirib.
P.ƏMİRCANOV
XQ

