Çərşənbə axşamı səhəri neftin qiyməti yüksəlib, çünki investorlar Yaxın Şərqdəki vəziyyəti qiymətləndirməkdə davam edirlər.
Məlumatı “İnterfaks.ru” verib.
Moskva vaxtı ilə saat 8:15-ə qədər Londonun ICE Futures birjasında may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,53 dollar (2,52%) artaraq bir barel üçün 102,74 dollara çatıb. Bazar ertəsi günü isə Brent markalı neftin qiyməti 2,93 dollar (2,84%) azalaraq bir barel üçün 100,21 dollara düşüb.
Bu vaxta qədər Nyu-York Ticarət Birjasında (NYMEX) aprel fyuçerslərinin qiyməti 2,02 dollar (2,16%) artaraq bir barel üçün 95,52 dollara çatmışdı. Əvvəlki sessiyada müqavilə 5,21 dollar (5,28%) azalaraq bir barel üçün 93,50 dollara düşmüşdü.
Dünya bazarında Azərbaycan nefti də bahalaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,09 dollar və ya 0,08 faiz artaraq 109,19 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
P.ƏMİRCANOV
XQ

