Böyük Britaniya Ukraynaya uzaqmənzilli “Storm Shadow” raketlər tədarük edəcək

post-img

Rusiya-Ukrayna müharibəsi fonunda Böyük Britaniya hökuməti Ukraynaya uzaqmənzilli “Storm Shadow” raketlər tədarük edəcəyini açıqlayıb. Göndərilməsi nəzərdə tutulan raketlər Rusiyaya qarşı istifadə ediləcək. 

Bu qanadlı raketlər 250 kilometrdən çox mənzilə malikdir. Böyük Britaniya ilk Qərb ölkəsidir ki, Kiyevi dəstəkləmək məqsədilə bu cür güclü və təsirli raketlər göndərməyə razılaşır. Bu raketlər hətta Krıma qədər çox uzaq hədəflərə çata və Ukrayna sərhədi yaxınlığındakı bütün Rusiya aviabazalarını vura bilər. Heç bir Qərb ölkəsi indiyədək bu qədər uzaqmənzilli raketləri Ukraynaya göndərməyib. 

Bu raketlər radarda aşkarlanmadığından qarşısının alınması olduqca çətindir. Buna görə də 1,3 ton ağırlığında olan “Storm Shadow” hədəfini yüksək səviyyədə məhv edə bilir.

Qeyd edək ki, “Storm Shadow” raketləri Fransa tərəfindən Liviya, Suriya və İraqa qarşı istifadə edilib.

https://www.20minutes.fr/monde/ukraine/4036720-20230512-guerre-ukraine-missiles-longue-portee-promis-londres-peuvent-changer-donne

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Ordu