“Hürkuş”un Azərbaycana ixracı barədə müzakirələr aparılır

post-img

Türkiyə Azərbaycan və Pakistanla “Hürkuş” təlim-məşq təyyarələrin ixracı ilə bağlı müzakirələr aparır. Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Dəmir “TGRT Haber”ə müsahibəsində deyib.

İsmail Dəmir bildirib ki, Türkiyə “Hürkuş”larla bağlı daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da “Hürkuş” təyyarələrinin dost ölkələrə ixrac ediləcəyini demişdi.

 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

Ordu