Türkiyə hərbi sənayesindən daha bir innovativ addım

post-img

Türkiyənin “TUSAŞ” şirkəti “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında yeni “SÜPER ŞİMŞEK”i təqdim etdi.

“Xalq qəzeti” xəbər verir ki, “ŞİMŞEK” layihəsi əsasında inkişaf etdirilən və təqdim olunan “Yüksək Sürətli Hədəf Təyyarə Sistemi” olan “ŞÜPER ŞİMŞEK” hava-yer, hava-hava hücum missiyalarını yerinə yetirə, öz gücü daxilində elektron döyüş sistemləri ilə təchiz oluna, yerdə düşmən sistemlərinin aşkarlanması və məhv edilməsi kimi vəzifələri yerinə yetirə biləcək.

Qeyd edək ki, 700 kilometr mənzilə sahib olan bu sistem əsasən “ANKA 3” PUA-sına inteqrasiya edilməklə döyüşlərdə istifadə edilə biləcək. 

Elşən AĞALAR,

“Xalq qəzeti”

Ordu