Hərbi qulluqçularla maarifləndirici tədbirlər keçirilir

post-img

Müdafiə Nazirliyi ilə digər dövlət qurumları arasında təsdiq edilmiş birgə planlara əsasən keçirilən maarifləndirici tədbirlər davam edir. 

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin, Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının, habelə tabe rayon (şəhər) prokurorlarının iştirakı ilə “Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair işlər üzrə icraatın xüsusiyyətləri” mövzusunda təlim keçirilib.

Tədbir çərçivəsində dinləyicilərə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair icraatın aparılması ilə bağlı və digər aktual mövzular tədris edilib.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.





Ordu