Göygöl işığa qərq olur…

post-img

Son vaxtlar Göygöl rayonunda turizmin inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. Küçə və prospektlərin, magistral yolların gecə işıqlandırılması bu sahədə növbəti uğurlu və insanların razılığına səbəb olan işlərdən biridir.Məqsəd vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, həm də yerli və xarici turistlərin bölgəyə diqqətini cəlb etmək, onlara hərtərəfli şərait yaratmaqdan ibarətdir.

Gecə saatlarında nəqliyyatın hərəkətinin təhlükəsizliyini, rahatlığını təmin etmək məqsədi ilə rayon icra hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Göygölün ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun Gəncə-Daşkəsən avtomobil yolu ilə kəsişən hissəsində tikilmiş yol qovşağının gecə işıqlandırılması artıq təmin edilmişdir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri 









Maraqlı