İnfantino yenidən prezident seçilib

post-img

Beynəlxalq Futbol Federa­siyaları Assosiasiyasının (FIFA) Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresində təşkilatın növbəti prezident seçkiləri baş tutub. “Futbol.hd” portalının məlumatına görə, ye­ganə namizəd Canni İnfantino yenidən nüfuzlu qurumun pre­zidenti seçilib. O, 2027-ci ilə qə­dər qurumun rəhbəri vəzifəsinə təsdiq edilib.

Qeyd edək ki, italiyalı futbol funksioneri ilk dəfə 2016-cı ildə səsvermənin ikinci turunda müm­kün 207 səsdən 115 səs toplaya­raq FIFA-nın prezidenti seçilib. 2019-cu ildə o, ikinci, bu dəfə isə üçüncü müddətə yenidən bu və­zifəyə təsdiq olunub.

 

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman